Lyrics Tehmin Velizade – Ola Bilmez (feat. Tacir Memmedov)

Mənim halımı kimlər gördü nə olub dedilər
Sənin ürəyin hər nə olubsa yorulub dedilər
Çıxarıb qəlbindən səni o unudub dedilər

Ola bilməz ola bilməz ola bilməz yar 
Ola bilməz ola bilməz ola bilməz yar

Daha keçdi heçbir sabahım dünən olmayacaq
Daha gecdi əvvəlki kimi güvən olmayacaq
İnan ömrüm səni mənim qədər sevən olmayacaq 

Ola bilməz ola bilməz ola bilməz yar 
Ola bilməz ola bilməz ola bilməz yar

Sənin uğruna ağardı getdi gözümün qarası 
Sağalan deyil inanki zalım ürəyin yarası 
Mən hər şeyi səninlə yaşadım səndən sorası         

Ola bilməz ola bilməz ola bilməz yar 
Ola bilməz ola bilməz ola bilməz yar

Mənim yerim yanında birgün dolar bəlkədə
Sənin ürəyin başqa biri üçün vurar bəlkədə 
Mənə özgəni sevməy qismət olar bəlkədə         

Ola bilməz ola bilməz ola bilməz yar 
Ola bilməz ola bilməz ola bilməz yar

Lyrics rating:
92%