Lyrics Hiss – Beterin Beteri

Gedirəm alıb o yaşanmışlarımı mən və mən yenə biz bizə yetərik
Iki üzündən heç biri mənə aid deyil
Tanımışam birisini ötəri
Qazandığın bu xeyrin şəri də var
Ama bilmirəm o tapar səni nə vaxt
Üzdüyün tək üzərlər səni də bax 
Var betərin betəri

Incimə buraxmıram yaxınıma
Daha səmalara yaxtadan baxıram
Satmışam zamanı qızıla
Mənim indi daha partdadan vaxtım ha

Sıra məndə gəlib bax bir anlıq
Gedənlər dönüb geri baxmır artıq
Və indi qalx dur tacımı taxmışam
Bil daha o mənim taxtım artıq

Sonda kim qazanacaq görəcəyik
Onsuz yaşıyıram həyatımı öləcək kimi
Bilirəm sənin üçün Mery Jeyn kimiyəm
Düşmüsən arxamca Billy Jeyn kimi

Gəlmisən gəlsin o köçünə heyif ya
Düzmüşəm üzlərindən seçirəm eyib a
Çığırım üzünə var gücümlə deyim Mən gedirəm gəlişin də vecimə deyil

Dəyişdim heyatını həyatıma
Yolun başındayam ama belə üzdəyəm
Keçir zaman bahalaşıram mən elə bil
Renosans sanki monalizzayam

Silir yaddaşın il nələr dəyişir
Bütün mahnılar cümlələr dəyişir
Qarşındakı o həmin mənəm ama
Sadəcə fərq pillələr dəyişib

Bulaşıbsa əlim ulduzlara
Bidə geri  dönüm nə diyə
Bir ara görüşək ya göndərəcəm özüm 
Uğurumu sənə hədiyyə

Çözmüşəm sirrini Dan brown kimi
Necə tutmuşam əlimdədi gun gun
Sorry çəkil önümdən məndə bitirmişəm səni daha
Bang bang shot sonda man down

Lyrics rating:
92%